BolgeXeber.Com » Xəbərlər » "Karantin rejimi yumşaldılmalıdır, rayonlara gediş-gəlişə icazə verilməlidir" – Vahid Əhmədov
"Karantin rejimi yumşaldılmalıdır, rayonlara gediş-gəlişə icazə verilməlidir" – Vahid Əhmədov
28-08-2020, 14:25
Oxunub: 2 728
"Sentyabrın 1-dən etibarən Azərbaycanda karantin rejimi yumşaldılmalıdır, əhalinin rayonlara gediş-gəlişinə icazə verilməlidir".
Bunu Azərbaycan Respublikasının keçmiş Baş nazirinin birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Vahid Əhmədov deyib ki, sentyabrın 15-dən etibarən dərslərin başlanmasına icazə verilməsi istisna deyil.
Onun sözlərinə görə, artıq insanları karantin rejiminin yaratdığı gərginlikdən çıxartmaq lazımdır: "Dövlət başçısı və hökumət koronavirusa qarşı çox vacib addımlar atıb, insanların sağlamlığının qorunması ən əsas məsələyə çevrilib. Son zamanlar həyata keçirilən karantin tədbirlərindən sonra insanlar kifayət qədər maarifləniblər, tibbi maskalardan istifadə edirlər, qaydalara əməl edirlər. Artıq rəsmi rəqəmlər də göstərir ki, yoluxmaların sayında ciddi azalmalar var, ölüm hallarının sayı azalıb. Ona görə də hesab edirəm ki, Azərbaycanda karantin rejimi artıq yumşaldılmalıdır.
Toy qalmaqalı isə tamamilə başqa məsələdir. Burada qanunu pozanlar öz cəzalarını alıblar və bundan sonra da alacaqlar".
Deputat qeyd edib ki, karantin rejiminin davam etdirilməsi Azərbaycan iqtisadiyyatına da ciddi zərər vurur: "Karantin rejiminin iqtisadi tərəfini də düşünmək lazımdır. İnsanlar işsizdirlər, onların iş yerlərini bərpa etmək lazımdır. Bütün bunlar insanların gündəlik həyat şəraitinə ciddi təsir edən amillərdir. İnsanları evdə saxlamaq olmaz, bu, psixoloji gərginlik yaradır. Düşünürəm ki, bütün bunları nəzərə alaraq sentyabrın 1-dən etibarən yumşalma həyata keçirilməlidir. Amma yumşalma ilə yanaşı karantin qaydalarına əməl edilməsinə də nəzarət olunmalıdır. Elə etmək lazımdır ki, insanlar iş yerlərində, ayrı-ayrı məkanlarda karantin qaydalarına əməl etsinlər. Bütün bunlar insanlarımızın da ürəyincə olardı".Demokrat.az
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- Dünən, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər