BolgeXeber.Com » Xəbərlər » Salyan İcra Hakimiyyətinin başçısı ərazilərdə olmuş və görülən işlərlə tanış olmuşdur

Salyan İcra Hakimiyyətinin başçısı ərazilərdə olmuş və görülən işlərlə tanış olmuşdur

10-09-2020, 13:59
Oxunub: 2 586 Salyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Xələc kənd yeni yaşayış massivində sakinlərlə görüşmüş, onların müraciəti əsasında ərazidə əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində görülən işlərlə tanış olmuşdur. Həmçinin görüşdə kənd sakinləri rayon rəhbərindən pay torpaq sahələrinin yaxınlığında yerləşən kollektor-drenaj şəbəkəsinin lildən təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemin həlli üçün aydiyyəti qurumun rəhbərliyinə yerindəcə müvafiq tapşırıqlarını vermişdir.

Bolgexeber.com