BolgeXeber.Com » Xəbərlər » Goranboyda əsir alınan erməni kəşfiyyatçısının görüntülərini yayanlar ordudan xaric olundu-RƏSMİ
Goranboyda əsir alınan erməni kəşfiyyatçısının görüntülərini yayanlar ordudan xaric olundu-RƏSMİ
11-09-2020, 12:10
Oxunub: 3 505
Erməni diversantın görüntülərini yayan hərbçilər xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi məqsədilə Hərbi Prokurorluğa göndərilib.
Bolgexeber.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Bildirilib ki, Sosial şəbəkələrdə guya erməni kəşfiyyatçısını tutduqlarına görə xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular barədə yayılan əsassız iddia yalandır, böhtan xarakteri daşıyır. Qeyd edirik ki, bəzi hərbi qulluqçular Azərbaycan Ordusunda smartfon tipli mobil telefonlardan istifadənin qadağan edilməsi barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozublar.
Belə ki, həmin hərbi qulluqçular ələ keçirilən erməni kəşfiyyatçısının foto və video görüntülərini çəkərək yaxın qohumlarına göndərməklə görüntülərin sosial şəbəkələrdə yayılmasına şərait yaradıblar.
Faktla bağlı aparılan ilkin araşdırmaların nəticələrinə əsasən günahkar hərbi qulluqçular xidmətdən ehtiyata buraxılıb və toplanan materiallar hüquqi qiymət verilməsi məqsədilə Hərbi Prokurorluğa göndərilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər