Şəkidə evdən qızıl və pul oğurlayan cinayətkar qrup ələ keçdi - FOTO
12-09-2020, 11:43
Oxunub: 1 488
Şəkidə fərdi yaşayış evindən xeyli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu xəbər yayıb.
Bildirilib ki, daxil olan müraciətlə əlaqədar olaraq həmin ünvana baxış keçirilib, zərərçəkmişə məxsus evdən 8 000 ABŞ dolları, 8 000 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən üç nəfər Şəki şəhər sakini- Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət Mustafayev saxlanılıb.
Saxlanılan şəxslərin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, E. Rəsulov, A.Abdulhəmidov və S.Mustafayev qabaqcadan əlbir olub, həmin evə oğurluğa girməyi planlaşdırıblar. Onlar ev sahibini və ailə üzvlərini izləyərək, heç kimin olmadığı müddətdə ora daxil olublar. Pul və qızıl-zinət əşyalarını oğurladıqdan sonra isə öz aralarında bölüblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlanmış qızıl və pul onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.




Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər