BolgeXeber.Com » Xəbərlər » Sentyabrın 30-dək qüvvədə olan qadağalar – SİYAHI

Sentyabrın 30-dək qüvvədə olan qadağalar – SİYAHI

14-09-2020, 12:14
Oxunub: 2 667 Sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edildiyindən bir sıra məhdudiyyətlər qüvvədə qalır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata gorə, ölkə üzrə qüvvədə olan məhdudiyyətlər aşağıdakılardır:
– yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı ilə giriş-çıxış;
– ölkənin şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımaları;
– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu;
– dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi;
– bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının oyunlarının keçirilməsi istisna olmaqla);
– tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşə;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;
– muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;
– tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətlərinin göstərilməsi.