Əli Həsənova məxsus bina BOŞALDILIR
17-09-2020, 14:24
Oxunub: 3 203
Beynəlxalq Mətbuat Mərkəzi (BMM) Prezidentin keçmiş köməkçisi Əli Həsənovun nəzarətindən çıxır.
Yenisabah.az-a daxil olan məlumatlara görə, yaxın günlərdə BMM-in boşaldılmasına başlanılacaq.
Əli Həsənov tutduğu vəzifəsindən azad ediləndən sonra BMM fəaliyyətini dayandırmışdı. Mərkəzin konfrans zalı təşkilatlardan birinə icarəyə verilmişdi.
BMM-in yerləşdiyi binanın bütövlükdə Əli Həsənova məxsus olması barədə iddialar var. Həmin binada Prezidentin keçmiş köməkçisinin nəzarətindən olan media quruluşları və təşkilatların yerləşməsi bu iddiaların əsassız olmadığına şübhələri artırır.
Məlumatlarda qeyd edilir ki, Əli Həsənovu təkcə BMM-i deyil, bütövlükdə binanı itirə bilər. Xəbərə görə bu ayın sonuna kimi binanın tam boşaldılması tələb olunub. Artıq bir sıra media şirkəti binanı tərk edib. Banklardan biri filial üçün kirayə götürdüyü otaqları təhvil verib.
Ümumilikdə isə bu vaxta qədər həmin binada BMM-dən başda bu təşkilatlar fəaliyyət göstərib: "Kaspi” qəzeti, Sputnik.az, Bilik Fondu, "Azərbaycan müəllimi” qəzeti, "Strategiya” jurnalı, Aznews.az saytı, Kaspi Art, Burc fm, Araz fm, Azərbaycan Beynəlxalq Bankın filialı...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər