“Bandotdel”dən əməliyyat: saxlanılanlar var - VİDEO
22-09-2020, 14:57
Oxunub: 2 864
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“Bandotdel”) əvvəllər məhkum olunmuş Bərdə rayon sakini Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.
DİN-dən verilən məlumata görə, həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança. 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.


Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər