BolgeXeber.Com » Xəbərlər » Evini Dağılmış Kənd Sakini Icra Başçısından Xəbər Gözləyir-FOTOLAR

Evini Dağılmış Kənd Sakini Icra Başçısından Xəbər Gözləyir-FOTOLAR

22-09-2020, 17:53
Oxunub: 3 601 Evini sel basmış kənd sakini Yevlax rayon icra hakimiyyətinin məsul əməkdaşlarını axtarır.
Kanal32.az-ın redaksiyasına müraciət edən Yevlax rayonun Əkşəm kənd sakini, epillepsiya xəstəsi İsmayılov Duman İsmayıl oğlu bir aydır ki, Yevlax Rayon İcra Hakimiyyətindən dəstək gözləyir. Səbəbi isə 22 avqust 2020-ci il tarixdə selbasama nəticəsində evinin qəzalı vəziyyət düşməsi və həyətyanı sahəsinin ciddi ziyan görməsidir.
Ciddi ziyan görmüş Duman İsmayılovun sözlərinə görə, gecə saat 2:00 radələrində Bozdağdan gələn güclü sel nəticəsində evinin 15 metr hasarı uçmuş, evin zirzəmisi 1 metrə yaxın palıçıq və lillə dolmuş,həyətyanı sahəni sel basmış,eyni zamanda həyətdə olan avtomobil təmiri üçün nəzrdə tutulmuş ehtiyyat hissələrini sel aparıb(təxminən 10 min manatlıq ehtiyyat hissələri).

Şikayətçi deyir ki, avtmobil təmiri ustası-dəmirçi işləyir. Əllərinə döyə-döyə min-bir əziyyətlə pul qazanıb ailəsini çətinliklə dolandırır.5 nəfərlik ailəsində özündən başqa kimsə işləmir(4 nəfəri xanımdıd). Həmçinin,təbii fəlakət zamanı evinin divarları böyük çatlar verdiyindən hər an uçub dağıla bilər. Böyük hissəsi dağılmış hasar tənha yaşayan yaşlı qonşunun evi üçün də ciddi təhlükə yaradıb.
Duman İsmayılovun onu da bildirib ki, baş vermiş təbii fəlakətin sabahı günü Yevlax Rayon İcra hakimiyyətinin  başçısı Anar Tağıyev və digər müvafiq orqanların nümayəndələri kəndə gəliblər. Yol tamimlə dağıldığından icra başçısı mənim həyətimə gələ bilməsə də, müavinləri, inzibati ərazi üzrə nümayəndələr və kənd bələdiyyəsinin sədri mövcud vəziyyətlə yerində tanış oldular,fotolar çəkərək qeydlər apardılar.rayonun bu məsul şəxsləri icra başçısı adından bildirdilər ki, sizə müvafiq qayda köməklik göstəriləcək. Ancaq bir ay bu gün tamam oldu.Nə gələn, nə kömək edən, nə də maraqlanan var.

İndi olduqca çətin vəziyyətdə olan Duman İsmaylılovun bir yolu qalıb. Mətubat vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevə müraciət etmək. Çünki bölgədəki məmurlar yenə də öz ampulalarındadır. Necə deyərlər, hələ də “gözü çıxmış qardaşlar”dan ibrət götürməyiblər. Görünüən odur ki, icra başçısı Anar Tağıyevin yeri çox rahat olduğundan kasıb Duman kişini çoxdan unudub. Amma, bütün biganəliyə rəğmən evi viran qalımış Əkşəm kənd sakini nədənsə hələ də ümidini üzməyib və icra başçısının onu yadına salacağına inanır.

Onu da qeyd edək ki,təmasda olduğumuz Yevlax sakinlərinin əksəriyyəti heç də Anar Tağıyevin fəaliyyətindən razı deyillər.Görünür,toplananların yeri dəyişsə də, cəm dəyişməyib.
Maraqlıdır, görəsən Yevlaxın indiki icra başçısı Anar Tağıyev həbs edilən sabiq icra başçısı Qoca Səmədovun atasına rəhmət oxdua bilib,yoxsa….?

Redaksiya olaraq bildiririk ki, mövzuya qayıdacağıq  və Yevlax Rayon İcra Hakimiyyətinin mövqeyni dərc etməyə hazırıq.