BolgeXeber.Com » Xəbərlər » Bacısını öldürən məmur oğlu HƏBS EDİLDİ

Bacısını öldürən məmur oğlu HƏBS EDİLDİ

23-09-2020, 11:15
Oxunub: 2 032 Xəzər rayon Məhkəməsində Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində olan həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Modern.az-ın məlumatına görə, prosesdə təqdimata baxılıb və M.Babayevin barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, qətl hadisəsi senytabrın 20-də Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.
 M. Babayev daha sonra könüllü polisə təslim olub. 
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 
Hadisəni törədən şəxs Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.