BolgeXeber.Com » Xəbərlər » MN: Ağdərə istiqamətində düşmən geri çəkilməyə məcbur edilib-VİDEO

MN: Ağdərə istiqamətində düşmən geri çəkilməyə məcbur edilib-VİDEO

28-09-2020, 16:53
Oxunub: 2 554 Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.
Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.
Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.