BolgeXeber.Com » Xəbərlər » Ermənistan daha 54 hərbçisinin öldüyünü açıqladı

Ermənistan daha 54 hərbçisinin öldüyünü açıqladı

2-10-2020, 11:30
Oxunub: 2 498 Ermənistan tərəfi hərbi itkilərini açıqlamaqda davam edir.

AZXEBER.COM xəbər verir ki, qondarma "Dağlıq Qarabağ”ın rəsmisi Artur Sarkisyan erməni KİV-nə açıqlamasında bildirib ki, daha 54 hərbçi itiriblər.

O, çoxlu yaralıların olduğunu və sayları barədə məlumat veriləcəyini açıqlayıb.

Qeyd edək ki, işğalçı Ermənistan bununla da sentyabrın 27-dən başlayan hərbi əməliyyatlarda 158 hərbçisinin həlak olduğunu etiraf edib.