COVID-19 xəstəsi Ağsuda əhaliyə təhlükə yaradıb: barəsində cinayət işi başlanılıb
28-11-2020, 15:47
Oxunub: 4 292
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağsu şəhər sakini Gülalı Əliyevin COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb. G.Əliyev qaydaları pozmaqla olduğu ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. O, rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.
Ağsu Rayon Polis Şöbəsində G.Əliyev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Digər bir belə bir hal isə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxmuş rayon sakini G.Əsədovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkdiyi deyilib.
Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər