BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib

4-12-2020, 10:30
Oxunub: 2 064 Bakı şəhəri, Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elman Yəhyayev koronavirusdan dünyasını dəyişib.
“Report”un məlumatına görə, 57 yaşlı E.Yəhyayev bir neçə gün öncə adıçəkilən virusa yoluxma səbəbindən 1 saylı Kliniki Tibbi Mərkəzinə (Semaşko) yerləşdirilib və müalicə alırmış.
E.Yəhyayev doğulduğu Sabirabad rayonunda dəfn ediləcək.
Allah rəhmət eləsin!