BolgeXeber.Com » Xəbərlər » Bakıda restoranda ad günü məclisi keçirən model cərimələndi-VİDEO

Bakıda restoranda ad günü məclisi keçirən model cərimələndi-VİDEO

5-12-2020, 11:09
Oxunub: 2 915 Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.
DİN-in Mətbuat xidmətindən  verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı Raziyyət Əliyeva, onun 3 rəfiqəsi və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4 000 manat cərimə ediliblər.
"Bir daha diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur", - Mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Raziyyət Əliyeva modeldir.