BolgeXeber.Com » Xəbərlər » İmişlidə şəhidin məzarı təhqir edildi – icra hakimiyyəti isə ailəni belə TƏHTİD EDİR – VİDEO

İmişlidə şəhidin məzarı təhqir edildi – icra hakimiyyəti isə ailəni belə TƏHTİD EDİR – VİDEO

8-12-2020, 10:20
Oxunub: 7 806 Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
44 günlük müharibə qələbəmizlə bitdi. İşğalda olan torpaqlarımız geri alındı. 44 gün ərzində 2783 şəhid verdik.

Ancaq yerli məmurlar  şəhid ailələrinə diqqət ayırmır, həttda döyüş meydanında qəhrəmanlıqla həlak olan igidlərimizə hörmətsizlikdən belə çəkinmirlər. Belə bir özbaşınalığa vəsilə olan İmişli rayon icra hakimiyyətini ağrılı və acıda olsa nümunə göstərmək olar.
Olanları danışan şəhid Nurlan Hüseynovun valineynləri bildirib:  “İmişli icra başçısı və müavinləri  guya şəhid oğluma görə, bizim ailəyə 10 min manat pul veriblər. İnanın ki, prezidentimizin ayırdığı 3 min manatdan başqa heç nə görməmişik və ehtiyacımızda yoxdu.Oğlumuz vətən üçün canını verib. Amma yerli məmurların özbaşınalığı etinasızlığı, bizə atdığı yalanı qəbul etmirik.  Oğlumun məzarındakı şəkil oğurlanıb. Bu halın baş verməsi şəhid oğluma və ailəmizə təhqirdir. Bu barədə icra hakimiyyətinə və digər orqanlara müraciət etsəkdə  problem hələ də həllini tapmayıb.Əslində bunula bağlı  maraqlanan belə yoxdur. İcra başçısı və əyyanları isə hər gün bizi aldadır ki, şəhid Nurlanın məzarına nə lazımdı ediləcək, şəkili oğurlayan hər kimsə məsuliyyətə cəlb olunacaq. Təssüf ki. bunlar söz olaraq qalmaqdadı…”