BolgeXeber.Com » Xəbərlər » Bakıda zəfər paradı: Türkiyə şəhidlərimizin sayı qədər əsgər göndərib - VİDEO

Bakıda zəfər paradı: Türkiyə şəhidlərimizin sayı qədər əsgər göndərib - VİDEO

10-12-2020, 10:00
Oxunub: 608 Bakıda Azərbaycan ordusunun Qarabağda qazandığı möhtəşəm zəfəri qeyd etmək üçün hərbi paradın başlamasına az qalır.

Virtualaz.org xəbər verir ki, paradda Türkiyə xüsusi təyinatlıları da keçid edəcək və bu qardaş ölkənin Azərbaycana verdiyi dəstəyin simvolik ifadəsidir.

Türkiyə KİV-ləri isə yazır ki, Bakıya paradda iştirak üçün göndərilən hərbi birlik bu ölkə silahlı qüvvələrinin ən elitar birləşməsi-Bolu 2-ci komando tuqayıdır. Bu tuqay 70-ci illərdə Kiprdəki sülhməramlı əməliyyatda, Türkiyənin cənub-şərqində PKK-ya qarşı mübarizədə, İraq və Suriya əməliyyatlarında ən öndə gedib. İndi isə tuqay öz şanlı bayrağı ilə Bakıya gəlib və paradda keçid edəcək.



Bahçeşehir Universitetinin dosenti, təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyir ki, Türk millətinin döyüş bayrağının Azərbaycanda dalğalanması millət adına və Azərbaycan adına böyük qürurdur. “Bundan sonra Azərbaycanla Türkiyə arasında ətdən, sümükdən, qandan və candan birlik formalaşdı”,-o deyib.

Abdullah Ağar bildirib ki, Türkiyə silahlı qüvvələrinin ən önəmli birləşmələrindən biri olan Bolu 2-ci komando tuqayının öz döyüş bayrağı ilə parada qatılması olduqca simvolik hadisədir. Onun sözlərinə görə, tuqay bütün şəxsi heyəti ilə birlikdə Bakıya gəlib. Ağar bu addımın Ermənistana verilən önəmli mesaj olduğunu düşünür. “Eyni zamanda Türk millətinin qürurunu, mehmetçiyin qürurunu simvolizə edən döyüş bayrağının Bakıda dalğalanması təkcə Ermənistana qarşı deyil, bütün dünyaya verilən son dərəcə önəmli mesajdır”,-Ağar belə düşünür.

Bildirilir ki, Türkiyə komandolarının Bakıya gələn şəxsi heyətinin sayı Azərbaycan ordusunun Qarabağ savaşında verdiyi şəhidlərin sayı ilə eynidir-2783 nəfər! Bu rəqəm sosial şəbəkələrdə böyük rezonansla qarşılanıb və dəstək qazanıb.