Baş prokuror ABŞ-ın ölkəmizdəki səfiri ilə görüşüb
15-12-2020, 18:30
Oxunub: 432
Dekabrın 15-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenbergerlə görüşüb.
Bu barədə Bolgexeber.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, dövlətlərimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.
Baş prokuror otuz ilə yaxın dövrdə Azərbaycanın Ermənistan tərəfindən işğal altında saxlanılan beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyini, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb.
K.Əliyev Ermənistanın silahlı qüvvələri tərəfindən ölkəmizin mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun təşkil etdiyi brifinqlərdə ABŞ Səfirliyinin iştirakına görə təşəkkürünü bildirib. Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Ö.Litzenberger ikitərəfli münasibətlərə toxunaraq ABŞ-ın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb. Xüsusilə qeyd olunub ki, ABŞ Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və ümid edir ki, regionda bundan sonrakı dövrdə sülh və əmin-amanlıq bərqərar olacaqdır.
Səfir mülki əhaliyə və hərbçilərə qarşı törədilmiş qəddarlıqları qətiyyətlə qınadığını qeyd edərək, tərəfləri bu məsələləri araşdırıb təqsirkar şəxslərin cəzalandırılmasına çağırıb. O, həlak olmuş şəxslərə başsağlığını ifadə edərək yaralılara şəfa diləyib.
Həmçinin vurğulanıb ki, ABŞ hökuməti beynəlxalq humanitar təşkilatlara dəstək verməklə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında, maddi-mədəni irsin bərpasında iştirak etmək üçün hazırdır.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq prokurorluqda aparılan genişmiqyaslı islahatlar, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə dövlətimizin göstərdiyi səylər, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən institusional və cinayət təqibi tədbirləri qeyd edilərək, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığın digər ağır formaları ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.


Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər