Polis Mingəçevirdə sərt karantin rejimi ilə əlaqədar reydləri davam etdirir
17-12-2020, 10:18
Oxunub: 3 464
Mingəçevirdə sərtləşdirilmiş karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları reydləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, giriş-çıxışlarda qurulan postlarda hərəkətinə icazə verilən nəqliyyat vasitələri istisna olmaqla digərlərinin şəhərə giriş-çıxışı məhdudlaşdırılıb. Reydlər zamanı polis əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən şəxslər planşet vasitəsilə yoxlanılır və SMS icazə olmadan çölə çıxanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir. Bundan əlavə ictimai nəqliyyatda, mağazalarda, açıq ictimai məkanlarda keçirilən nəzarət profilaktik tədbirlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən və ya tələb olunan normalara uyğun şəkildə taxmayan şəxslər aşkarlandıqda onlara tibbi maskadan düzgün istifadənin zəruriliyi, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər