BolgeXeber.Com » Xəbərlər » Qeydiyyat İmtahan idarəsində karantin rejiminə ciddi nəzarət edilir-FOTO

Qeydiyyat İmtahan idarəsində karantin rejiminə ciddi nəzarət edilir-FOTO

18-12-2020, 11:38
Oxunub: 5 624 Məlum olduğu kimi koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək yenidən  sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur.
BÖLGƏ TV-nin əməkdaşları Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan idarəsində də karantin rejiminə ciddi əməl olunmasının  şahidi olublar.
Belə ki, idarədə sürücülər avtomobillərin texniki yoxlanışına,   otaqlara tək-tək və maska ilə buraxılır. İdarəyə sənəd almaq üçün gələn vətəndaşların, həmiçinin şöbənin əməkdaşların hərarəti  ciddi şəkildə xüsusi aparatla yoxlanılır, vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edilir, ərazidə dezinfeksiya işləri aparılır və lazım olan digər lazımi tədbirlər görülür. Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan idarəsində polis əməkdaşları karantin rejiminə əməl olunmasına tam nəzarət edir.