BolgeXeber.Com » Xəbərlər » Tərtərdə karantin rejimi ilə bağlı reydlər davam etdirilir-FOTO

Tərtərdə karantin rejimi ilə bağlı reydlər davam etdirilir-FOTO

19-12-2020, 03:07
Oxunub: 2 477 COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə ərazisində gücləndirilmiş tədbirlər görülür.
 Tərtər rayonunda da koronavirus pandemiyası ilə mübarizə məqsədilə reydlər davam etdirilir.
Tərtər Rayon İcra Hakimiyyətinin,  polis əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən yoxlamalarda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir.
Tədbirlər çərçivəsində karantin qaydalarını pozanlarla bağlı tədbirlər görülür. 
Belə ki, polis əməkdaşları  rayon ərazisində, bankların , obyektlərin , market, restoran, iaşə müəssisələrinin , idarə və təşkilatların qarşısında vətəndaşların virusdan qorunması üçün ara məsafəsinin saxlamalarına , qaydalara riayət etmələrinə nəzarət edirlər .
 Tibbi maskası  olmayanlar idarə və təşkilatların, bankların daxilinə buraxılmırlar, içəri daxil olan hər bir vətəndaşın əli spirtlə dezinfeksiya olunur, sakinlərə qaydalara riayət etmələri tövsiyyə olnur.
Tərtər Rayon İcra Hakimiyyətindən BÖLGƏ TV-yə verilən məlumata görə İcra Hakimiyyəti Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə reydlər aparır və bu reydlərdə tez-tez iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşlarla mütəmadi profilaktik söhbətlər aparır. Koronavirusla mübarizə çərçivəsində sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşülür, vətəndaşlar təlimatlandırılır.

Həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində karantin qaydalarının pozulmasının qarşısı alınır.
Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlərlə bərabər onlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunur. Koronavirus (COVİD - 19) infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Tərtərdə həmçinin çoxmənzilli yaşayış binalarında və küçələrdə və digər yerlərdə,dezinfeksiya işləri davam etdirilir.
Yeni koronavirus pandemiyasına mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərini pozanlar haqqında isə  polis əməkdaşları tərəfindən qanuna müvafiq tədbirlər görülür.
Polis əməkdaşları tərəfindən həmçinin küçə və prospektlərdə karantin rejimini pozan sürücü və sərnişinlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada cərimələnir və ya məsuliyyətə cəlb edilir .