Bakıda uşaqların öldürülməsinə cəhd: YENİ TƏFƏRRÜATLAR
22-12-2020, 15:53
Oxunub: 2 163
Bakının Yasamal rayonunda dekabrın 20-də gecə saatlarında anaları tərəfindən uşaqların həyatına qəsd edilməsinə cəhd ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Xatırladaq ki, cinayət Xarici Dairəvi Yolda 22 nömrəli evdə baş verib. 1991-ci il təvəllüdlü Nigar Cəfərova dördüncü mərtəbənin pəncərəsindən əvvəl oğulları 2017-ci il təvəllüdlü Hüseyni və 2018-ci il təvəllüdlü Oktayı, sonra isə intihara cəhd edərək özünü atıb.
Nəticədə qadın Respublika Klinik Xəstəxanasına, övladları isə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər. Uşaqların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir, ancaq ananın özü bir neçə sınıqla xilas olub.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən 29,120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 29,120.2.9 (açıq-aşkar köməksiz vəziyyətdə olan şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
İlkin istintaq zamanı N.Cəfərovanın üç övladı olduğu müəyyən edilib. Böyük oğlunun beş yaşı var və anası onu da pəncərədən atmaq istəyib, amma o anasının əlindən çıxıb qaça bilib.
Uşaq kömək üçün atasının yanına qaçıb. Kişi eyvana çatanda artıq gec idi, arvadı və kiçik oğulları yerdə olublar.
Qohumlarının sözlərinə görə, qadının bu davranışına psixi pozğunluqlar səbəb olub. Son vaxtlar o qəribə davranırdı, öz-özünə danışırdı.
Faktla bağlı istintaq davam edir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər