BolgeXeber.Com » Xəbərlər » Şirvanda koronavirus qarşı profilaktik tədbirlər gücləndirilib-FOTO

Şirvanda koronavirus qarşı profilaktik tədbirlər gücləndirilib-FOTO

22-12-2020, 22:01
Oxunub: 1 962 Ölkə ərazisində koronavirus infeksiyasına (COVİD-19) yoluxanların sayı artması ilə əlaqədar əhalinin həyat və sağlamlığının qorunması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” 8 dekabr 2020-ci il tarixli 488 nömrəli Qərarına əsasən bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır.
Eyni zamanda Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısı təsdiq edilmişdir.Şirvan şəhərində də koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə nəzarət profilaktik tədbirlər gücləndirilmişdir.

Yoluxmanın qarşısının alınması məqsədilə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət olunması ilə bağlı əhali arasında aparılan maarifləndirici tədbirlər daha da intensivləşmişdir.
Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq əhalinin kütləvi toplaşmasının qarşısının alınması, infeksiyaya yoluxmuş şəxslərin ailə üzvlərinin özlərini təcrid etməsi, sanitar qaydalara riayət olunması istiqamətində ciddi tədbirlər görülmüşdür.Şəhər ərazisində dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərinin keçirilməsi, insanların müxtəlif səbəblərdən bir yerə toplanması hallarına qarşı hüquq mühafizə orqanları tərəfindən dərhal müdaxilə edilmişdir.
Bolgexeber.com xəbər verir ki, Şirvan şəhər İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən şəhər ərazisində mütəmadi olaraq reydlər keçirilir. 20 dekabr tarixində keçirilən növbəti reyd zamanı  ümumilikdə 170 olmaqla, 141 ticarət, 23 digər obyektlərə, 6 yas mərasiminə nəzarət edilib. Xüsusi karantin rejiminin qaydalarına əməl etməyən 184 vətəndaşa xəbərdarlıq edilib.
Vətəndaşları bir daha özlərinin və yaxınlarının sağlamlıqlarını qorumaq üçün xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq.