BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda koronavirusa yluxanların sayı bu gün də azaldı

Azərbaycanda koronavirusa yluxanların sayı bu gün də azaldı

25-12-2020, 17:12
Oxunub: 1 506 Azərbaycanda koronavirus infeksiyasına 1 703 yeni yoluxma faktı qeydə alınıb, 4 359 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bolgexeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 36 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 211 764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 160 245 nəfər müalicə olunaraq sağalıb, 2 416 nəfər vəfat edib. Hazırda 49 103 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 300, bu günə qədər isə ümumilikdə 2 129 291 test icra olunub.