BolgeXeber.Com » Xəbərlər » Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəldi

Qarabağda fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəldi

26-12-2020, 17:38
Oxunub: 1 657 Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

Ağdamda yerləşəcək mərkəzdəki Türkiyə hərbçiləri yanvarın əvvəlində fəaliyyətə başlayacaqlar.

Türkiyə heyəti zabit və əsgərlərdən ibarətdir. Mərkəzdə Türkiyə ordusunun general-mayoru da fəaliyyət göstərəcək. O, ilk heyətlə Azərbaycana gəlib.

Mərkəzdəki Türkiyə hərbçilərinin sayı isə 60 nəfər olacaq. İlkin mərhələdə 25-ə yaxın hərbi qulluqçu Azərbaycana gəlib. Qarşıdakı həftələrdə digər heyətin də Azərbaycana gələcəyi gözlənilir.