Bu tanınmışlar Vətən müharibəsində iştirak etdi – SİYAHI
28-12-2020, 13:04
Oxunub: 2 826
Kulis.az Vətən müharibəsində iştirak edən tanınmış sənət və ədəbiyyat adamlarının siyahısını təqdim edir.
Müğənni Vüqar Muradov Vətən müharibəsində iştirak edən sənətçilərimizdəndir.
Tamaşaçıların “Küləklər şəhəri” serialından tanıdığı aktyor Nicat Cəlilov da Vətən müharibəsinin başlandığı ilk günlərdən cəbhəyə könüllü yola düşən incəsənət adamlarındandır. O, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Qeyd edək ki, Nicat Cəlilovun atası Birinci Qarabağ müharibəsinin iştirakçılarından olub.
“Planet Parin iz Baku” KVN teatrının aktyoru, ssenarist Emil Musayev müharibə başlayandan könüllü ordu sıralarına yazılıb.
Cəbhəyə yollananlar sırasında dijey Rövşən Həsənov da (DJ Roshka) var.
Tanınmış şair Emin Piri səfərbərlikdə könüllü qeydiyyatdan keçib və Vətən müharibəsi başlananda ehtiyatda olan leytenant kimi hərbi xidmətə çağırılıb. Hazırda Şuşadadır.
Tanınmış jurnalist, bir çox sənədli filmlərin ssenari müəllifi və rejissoru İlham Tumas ehtiyatda olan baş leytenant kimik ön cəbhəyə gedib. Hazırda xidmətini davam etdirir. Qeyd edək ki, İlham Tumas Birici Qarabağ müharibəsində N saylı hərbi hissəni tərkibində əlahiddə “Qurtuluş” taborunda Tərtər ətrafında gedən döyüşlərdə iştirak edib.
Yazıçı-jurnalist Taleh Şahsuvarlı zabit kimi döyüşlrədə iştirak edib. O, Vətən müharibəsində baş leytenant rütbəsi alıb. T.Şahsuvarlı daha çox jurnalist kimi tanınsa da ədəbi yaradıcılıqla da məşğuldur. “Canlanma” adlı romanı çap olunub.
Gənc şair Həsən Kür də Vətən müharibəsində iştirak edən qələm adamlarındandır. Həsən Kür ARB telekanalının keçirdiyi məşhur “Xalqın şairi” müsabiqəsinin qaliblərindəndir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər