BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda qandonduran hadisə: Ata qızını qətlə yetirib, intihar etdi

Azərbaycanda qandonduran hadisə: Ata qızını qətlə yetirib, intihar etdi

28-12-2020, 15:03
Oxunub: 1 850 Salyan rayonunda ata odlu silahla qızını qətlə yetirəndən sonra intihar edib.

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəminində əvvəlcə qızı Rəvanə Qurbanovaya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.