Topçu Vüsalın şəklinə mənfi rəy yazan direktor cəzalandırıldı
29-12-2020, 13:00
Oxunub: 2 552
Vətən müharibəsinin qəhrəmanlarından biri olan Topçu Vüsal kimi tanınan 19 yaşlı əsgər Vüsal Şahkərimovun sosial şəbəkələrdə şəklinin altına xoşagəlməz rəy yazan məktəb direktoru cəzalandırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə V.Şahkərimovun görüntülərinə dair yazdığı və sosial şəbəkə istifadəçilərinin geniş müzakirəsinə səbəb olan şərhlə bağlı araşdırma aparılıb.
Məktəb direktoru məsələ ilə bağlı izahatında həmin şərhin diqqətsizlik və texniki səhv nəticəsində V.Şahkərimovun şəklinin altına düşdüyünü bildirib.
"O, bununla bağlı həm sosial şəbəkələrdə üzrxahlıq etdiyini, eləcə də əsgər Vüsal Şahkərimovun valideynindən şəxsən üzrxahlıq etdiyini qeyd edib. Mailə İsmayılovaya sosial şəbəkə istifadəçiləri ilə münasibətdə müəllim adına yaraşmayan davranışlara yol verərək "Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə təhsil naziri Emin Əmrullayevin əmri ilə töhmət verilib”- deyə idarədən qeyd olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər