Bakıda bu binalar söküləcək
30-12-2020, 10:08
Oxunub: 2 424
Yeni ildə Bakıda tikinti-yenidənqurma işləri davam edəcək. Paytaxtın 2 rayonu ərazisində tikinti işləri sürətlənəcək.
Artıq Nərimanov rayonu ərazisində bir neçə ünvanda plana düşən evlərin söküləcəyi ilə bağlı sakinlərə müraciət olunub.
Nərimanov rayon İcra Hakimiyyətindən Baku.ws-ə bildirildi ki, Ağa Nemətulla küçəsində, Xətai prospektində evlər plana düşüb. Tikintini aparacaq podratçı tikinti şirkətləri seçilib və hazırda evlərin söküntüsü ilə bağlı işlərə başlanılıb.
Yeni ildə Xətai rayonu ərazisində də yenidənqurma işləri davam edəcək. İlk olaraq qəzalı binaların söküntüsü ilə bağlı monitorinq aparılıb. Xətai rayonu, General Şıxlinski küçəsi 42 ünvanında isə bir bina kəskin qəzalı olması səbəbindən söküləcək.
Bundan başqa, Binəqədi, Sabunçu, Səbail rayonları ərazisində də yenidənqurma işlərinin aparılması planlaşdırılır. Həmin rayonun ərazisində yerləşən qəzalı evlərin və binaların müəyyənləşməsi üçün monitorinq aparılır.
Qəzalı tikililər aşkarlandıqdan sonra söküntü ilə bağlı vətəndaşlarla razılaşmalar əldə olunacaq və sakinlər köçürüləcək.
Sonda qeyd edək ki, hazırda Yasamal rayonu ərazisində söküntü-tikinti işləri davam edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər