Erməni əsir və girovluğundan azad edilənlər bu gün xəstəxanadan evə buraxılır
30-12-2020, 13:40
Oxunub: 3 377
Dekabrın 14-də Ermənistanın əsir və girovluğundan azad edilmiş həmvətənlərimizin qalan hissəsi bu gün saat 14:00-da evə buraxılacaqlar.
Bu barədə keçmiş əsir Bayram Kərimovun ailə üzvləri məlumat veriblər.
Altı illik girovluqdan sonra azad edilən Şahbaz Quliyevin qardaşı İlham Quliyev də Modern.az-a hazırda Bakıda olduğunu, qardaşını qarşılmağa gəldiyini deyib:
“Bizə də dedilər ki, bu gün buraxılırlar, gözləyirik. Şükür bu günlərə. Sağ olsun Ali Baş Komandan, yaşasın Azərbaycan ordusu”.
Qeyd edək ki, keçmiş əsir və girovlardan beş nəfər artıq ailələrinə qovuşub.
Xatırladaq ki, dekabrın 14-də Emin Baxşəliyev, Amin Musayev, Yəhya Abdinov, Şərif Əliyev, Ömər Ələkbərov, Nurəddin Yolçuyev, Bayram Kərimov, Şahbaz Quliyev, Dilqəm Əsgərov, Mobil Əhmədzadə, Nurlan Əlizadə, Anar Əliyev erməni əsir və girovluğundan azad edilərək, Azərbaycana gətirilib. Onlar iki həftəlik karantin rejimində saxlanılırdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər