BolgeXeber.Com » Xəbərlər » DİN vətəndaşlara xəbərdarlıq edir: bundan sui-istifadə edənlər cəzalandırılacaqlar
DİN vətəndaşlara xəbərdarlıq edir: bundan sui-istifadə edənlər cəzalandırılacaqlar
30-12-2020, 17:29
Oxunub: 2 787
Son günlər Bakı, Sumqayıt və Abşeronda yaşayan şəxslərin kütləvi halda rayonlara üz tutduğu müşahidə edilir. Araşdırmalar zamanı verilən icazələrdən , ezamiyyət vərəqələrindən sui-istifadə hallarının olduğu ortaya çıxıb. Bu səbəbdən də sərtləşdirilmiş xüsusi karantin tətbiq edilən bölgələrə icazələrlə də giriş-çıxış mümkün olmayacaq.
İcazələrdən sui-istifadə edənlər cəzalanacaqlar.
Bolgexeber.com xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya "icaze.e-gov.az" portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirilir. Son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur. Bu səbəbdən də karantin postlarında nəzarət daha da gücləndirilib.
Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların inzibati ərazilərində, o cümlədən istirahət mərkəzlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları mütəmadi reydlər keçirəcəklər.
Qeyd edilib ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə həyata keçirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər