BolgeXeber.Com » Xəbərlər » Salyanda Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər davam etdirilir-FOTO

Salyanda Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər davam etdirilir-FOTO

30-12-2020, 18:30
Oxunub: 2 699 Salyanda Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər davam etdirilir
Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir, onların problem və qayğıları ilə maraqlanırlar. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilmişdir. Zəfər tariximizin əbədiyyətə qovuşan simaları arasında Salyanın 58 şəhidi də vardır. Görüşdə şəhidin yaxınları övladlarının keçdikləri döyüş yolundan söz açmış, onlarla bağlı xatirələrini bölüşmüşlər. İcra Hakimiyyətinin nümayəndələri şəhid ailələrinin problemləri və onları narahat edən məsələlərlə də maraqlanmışlar. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edən şəhid ailələri, onları narahat edən məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildirmişlər. Qeyd edək ki, bundan sonra da rayon İcra Hakimiyyətinin nümayndələri tərəfindən şəhid ailələrinə ziyarətlər müntəzəm olaraq davam etdiriləcəkdir.