BolgeXeber.Com » Xəbərlər » Yasamalda polis karantin rejiminə fasiləsiz nəzarət edir –FOTO

Yasamalda polis karantin rejiminə fasiləsiz nəzarət edir –FOTO

5-01-2021, 16:36
Oxunub: 2 597 Bildiyiniz kimi koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə virus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək yenidən  sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. 
 Bakının Yasamal rayonunda da polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirirlər.

Yasamalda qurulan postlarda Yasamal Rayon Polis İdarəsinin əməkdaşları ilə bərabər Daxili Qoşunların əsgərləri də xidmət aparırlar. Polis əməkdaşları tərəfindən küçə və prospektlərdə  reydlər zamanı yaşayış yerini tərk edən vətəndaşlar planşet vasitəsilə yoxlanılır və SMS icazələri olmadan yaşadıqları ünvanları tərk edənlər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. 
 
Tədbirlər zamanı həmçinin avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər və sərnişinlər də  polis əməkdaşları tərəfindən müəyyən edilərək cərimələnirlər.
Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülür. Tədbirlər çərçivəsində polis əməkdaşları tərəfindən şəhər sakinləri ilə fərdi profilaktik söhbətlər aparılıb, onlara pandemiya ilə mübarizənin vacibliyi və qanunun tələbləri izah olunur. Polis əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşınının alınması məqsədi ilə gecə-gündüz fasiləsiz xidmət edirlər.