BolgeXeber.Com » Xəbərlər » Sərt karantin rejimi uzadılacaq

Sərt karantin rejimi uzadılacaq

6-01-2021, 10:36
Oxunub: 2 059

Azərbaycanda “korona” vaksinasiyası başlayır  -rəsmi

Son bir həftədə Azərbaycanda koronavirusa yoluxanların sayında sürətlə azalma müşahidə olunur.  Eyni zamanda virusdan dünyasını dəyişənlərin sayında da nisbi azalma var. Məsələn, dekabrın 4-də ölkədə koronavirusa yoluxanların sayı 334, virusdan dünyasını dəyişənlərin sayı isə 28 nəfər olub.
Sərt karantin rejimi uzadıla bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, son bir həftədə ölkədə virusa yoluxanların sayında xeyli azalma var və bunun da əsas səbəblərindən biri ölkədə tətbiq edilən sərt karantin rejimi ilə bağlıdır: “Son günlərdə ölkədə yoluxma sayının azalması tendensiyası hiss olunur. Bunu insanların müraciətlərindən, xəstəxanalardakı vəziyyətdən də müşahidə etmək olur. Artıq komüter, tomoqrafiya müayinələrinə gələnlərin sayında da azalmalar var. Təbii ki, burada karantin tədbirlərinin də mühüm rolu var. Hesab edirəm ki, gündəlik yoluxma sayının azalması tendensiyası bu cür davam etsə, gələcəkdə sərt karantin rejiminin uzadılmasına ehtiyac olmayacaq”. Gözlənilir ki, sərt karantin rejimi də uzadılacaq. 
Adil Qeybulla: "İnsanların qaydalara əməl etməməyi yoluxmanı artırır" |  Report.az
“Yeni ştam” fırıldaq, yoxsa realdır?
Son bir neçə həftədir ki, dünya koronavirusun yeni mutasiya etmiş variantının ortaya çıxmasının qorxusunu yaşayır. Qeyd edək ki, bu ştam sürətlə yayılır və onun yoluxuculuq qabiliyyətinin daha yüksək olduğu bildirilir.
Mütəxəssislər  virusun yeni variantının, ilkin təxminlərə görə, əvvəlki ilə müqayisədə 70 faiz daha çox yoluxucu olduğunu bildirsələr də, öldürücü təsiri barədə hələlik heç bir araşdırma yoxdur.
Azərbaycana gəldikdə isə rəsmilər virusun yeni variantının ölkəmizdə aşkarlanmadığını bildirirlər.
Bununla belə, virusun yeni ştamının bir fırıldaq, “oyun” olduğunu düşünənlər də var. “Yeni ştam” fırıldaq, yoxsa realdır?
Professor Adil Qeybulla bu mövzuya da şərh bildirib: “Əlbəttə ki, koronavirus RNT virusu olduğu üçün daim mutasiyaya uğrayır və bu cür ştamlar əmələ gəlir. Yeni ştamın əsas xüsusiyyəti uzun müddət orqanizmdə lövbər salması, yoluxma qabiliyyətini yüksək saxlaması ilə bağlıdır. Lakin ölümcül qabiliyyəti əvvəlki ştamından heç də yüksək deyil. Hesab edirəm ki, vaksinlər hazırlananda bu ştam da nəzərə alınır. Əlbəttə ki, gələcəklə bağlı konkret bir fikir söyləmək çətindir. Amma hesab edirəm ki, bütün daşıyıcı viruslar sürətlə mutasiyaya uğrayırlar. Bir tərəfdən mutasiya prosesi onları zəiflədir, digər tərəfdən yaranmış kollektiv immunitet tədricən onları sıradan çıxardır və gələcəkdə yeniləri əmələ gəlir”.
Bu gündən Azərbaycanda qrip əleyhinə vaksinasiya başlayır
Ayın sonu Azərbaycanda da vaksinasiya prosesi başlaya bilərmi?
Dünya ölkələri virusa qalib gəlmək üçün vaksinasiya proseslərinə start verib. Artıq 50-dən çox ölkənin vaksinasiya prosesinə başladığı və hansı vaksindən istifadə etdiyi məlumdur. Məsələn, Çində hələ peyvənd rəsmən təsdiqlənməzdən əvvəl artıq vaksinasiyaya başlanmışdı. Məlumata görə, bu günə qədər 5 milyona yaxın insan vaksinasiya olunub. Qeyd edək ki, Pekin bu gün “Sinopharm” vaksininə də “şərti” təsdiq verib. Adıçəkilən peyvəndin COVİD-19-a qarşı 79 faiz effektli olduğu bildirilir.
Məlum olduğu kimi, Rusiya özünün istehsal etdiyi “Sputnik V” vaksinindən istifadə edir. Artıq ötən ilin dekabr ayının 5-dən ölkədə peyvəndləmə prosesinə başlanıb.
Qeyd edək ki, Belarus və Argentina da “Sputnik V” peyvəndi ilə vaksinasiyaya start verib. Bu ölkələrdə dekabrın 29-dan etibarən insanlar peyvənd olunmağa başlayıb. Əlcəzair də Rusiyanın “Sputnik V” peyvəndini sifariş edib. Ölkədə bu peyvəndin tətbiqinə yanvar ayında başlanacaq.
Qərb ölkələri arasında İngiltərə Amerika-Alman tərəfdaşlığı “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvəndi təsdiqləyən ilk ölkə oldu. Ölkədə vaksinasiya ötən ilin 8 dekabrında start götürüb. Məlumata görə, dekabrın 27-nə qədər təxminən 950 min nəfər peyvənd olunub.
Qeyd edək ki, İngiltərə Oksford Universiteti və “AstraZeneca” şirkəti tərəfindən hazırlanan peyvəndi də təsdiqləyən ilk ölkə olub. Bu peyvənd bir neçə gündən sonra tətbiq olunmağa başlayacaq.
Onu da xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı (ÜST) 31 dekabr tarixində “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvəndi təcili istifadə üçün təsdiqlənmiş ilk peyvənd elan edib.
Kanada və ABŞ “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvəndlə 14 dekabrda, İsveçrə 23 dekabrda, Serbiya 24 dekabrda, əksər Avropa ölkələri 27 dekabrda və İslandiya 29 dekabrda vaksinasiya prosesinə başlayıb.
Qeyd edək ki, ABŞ və Kanada “Moderna” şirkətinin hazırladığı vaksini də təsdiqləyib. Məlumata görə, həmin peyvəndin bu il yanvarın 6-da Avropada da təsdiqlənəcəyi gözlənilir. Bu peyvəndin ilk dozası artıq ABŞ-da 2.8 milyon insana tətbiq olunub.
Orta Şərqdə BƏƏ 14 dekabrda Çinin “Sinopharm” vaksini ilə, Dubay isə “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvəndlə vaksinasiyaya başlayıb. Səudiyyə Ərəbistanı, Bəhreyn 17 dekabrda, İsrail 19 dekabrda, Qətər 23 dekabrda, Küveyt 24 dekabrda, İordaniya isə 27 dekabrda vaksinasiya prosesinə başlayıb. Adları qeyd olunan ölkələr arasında təkcə Bəhreyn Çinin “Sinopharm” vaksininə müraciət edib, digər ölkələr “Pfizer” və “BioNTech” şirkətlərinin birgə hazırladığı peyvəndə üstünlük verib.
Qeyd edək ki, ayda 250 min insanı vaksin etməyi qarşısına məqsəd qoyan İsraildə bu günə qədər 800 min insan vaksinasiya olunub. Bəhreyndə bu rəqəm 60 minə yaxın, Ummanda isə 3 mindən çoxdur.
Türkiyə isə Çindən aldığı “Sinovac” peyvəndini artıq 30 dekabrda təhvil alıb. Ölkədə vaksinasiyanın yanvar ayında başladılacağı bildirilir. Digər bir məlumata görə, Türkiyə Rusiyada hazırlanmış “Sputnik V” peyvəndinin Türkiyədə də istehsal edilməsi üçün razılığa gəlib.
Bəs ölkəmizdə vaksinasiya prosesi nə zaman başladılacaq?
“Vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir. Ayrı-ayrı mərhələdə peyvənd olunan insanlar qrupunu hər bir ölkə özü müəyyənləşdirir. Əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunurlar. Bu əhali qruplarına ilk növbədə tibb xidməti işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65 yaşdan yuxarı olan insanlar və digərləri aiddir”.
Koronavirus pandemiyası ilə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti  mövcud vəziyyət barədə müsahibə verib - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi
Bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.  O qeyd edib ki, hazırda bir sıra ölkələrdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Bu ölkələr ABŞ, Avropa Birliyi ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. “Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98%) qiymətləndirilmişdir. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcəkdir. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcəkdir. Bildiyimiz kimi, koronavirusa qarşı peyvəndlər könüllü həyata keçiriləcək”, - deyə Təyyar Eyvazov vurğulayıb.
Baş infeksionistin sözlərinə görə, vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur:
“Kütləviliyin təmin olunması üçün əhali arasında peyvəndləmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur. Xüsusən vaksinasiyadan imtina edən şəxslərin yoluxaraq xəstələnmə riskinin hər zaman qalması izah edilməlidir”.
O bildirib ki, vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır: “Epidemiologiyanın qanunlarına əsasən istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa epidemik proses sönəcək. Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib”.
O bildirib ki, vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır:
“Epidemiologiyanın qanunlarına əsasən istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa epidemik proses sönəcəkdir. Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib”.
Azərbaycanda COVID-19-a qarşı ilk kimlər vaksinasiya olunacaq? - 24media.az
Nazirlik rəsmisinin sözlərinə görə, pandemiya dövrü biz hava-damcı infeksiyalarından qorunma və gigiyena qaydaları barədə bir çox məlumatlar əldə etdik, müəyyən təcrübə qazandıq. Bu qaydalara gələcəkdə də, xüsusən respirator virus infeksiyalarının mövsümi artımı müşahidə edilən payız-qış fəsillərində əhali tərəfindən əməl olunması arzuolunandır və yoluxma hallarının azalması kimi müsbət təsirlərə səbəb olacağı düşünülür: “COVID-19 vaksinasiyası milli peyvənd təqviminə salına bilərmi? Bildiyimiz kimi, geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır. Yeni koronovirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması zəruriliyi müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunur və bu məsələnin həllinin zamana ehtiyacı vardır".
Adil Qeybulla isə qeyd edib ki, virusla mübarizədə vaksinasiya prosesi çox mühümdür. Bu baxımdan əhalinin vaksinasiya ilə bağlı maaraifləndirilməsinə ehtiyac var: “Vaksinasiya ilə bağlı əhaliyə düzgün məlumat verilməli, onun əhəmiyyəti, rolu, elmin mühüm nailiyyəti olması haqda insanlara çatdırılmalıdır. Bildirmək lazımdır ki, məhz vaksinasiya nəticəsində 20-ci əsrdə ən qorxulu xəstəliklər yoxa çıxıb. O cümlədən uşaqların kütləvi şəkildə ölümünə gətirib çıxaran qızılca, göy öskürək, difteriya və sairə bu kimi xəstəliklər bu gün yoxdur. Həmçinin ”təbii çiçək" xəstəliyi də artıq həyatmızda yoxdur. Təkcə “təbii çiçək” xəstəliyi insanlıq  tarixində 500  milyon nəfərin həyatına son qoyub. Məhz vaksinasiyanın nəticəsində bu xəstəlik bitib. Ona görə də vaksinasiya haqqında düzgün təbliğat aparılmalıdır".
Xalidə GƏRAY,