BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda sürücü karantin rejimini pozdu: Avtomobilin baqajında yeddi nəfər gizlətdi - VİDEO

Azərbaycanda sürücü karantin rejimini pozdu: Avtomobilin baqajında yeddi nəfər gizlətdi - VİDEO

6-01-2021, 19:23
Oxunub: 1 986 Xüsusi karantin rejimi ilə əlaqədar Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılmış xüsusi polis postunda video çəkilib. 

Bolgexeber.com-un verdiyi məlumata görə, Mingəçevir şəhər sakini Zamin Talıbova məxsus, Samux rayon sakini Ramiz Həsənovun idarə etdiyi "Mercedes” markalı iritutumlu avtobus Bakı istiqamətində hərəkətdə olub və yoxlama məqsədilə postda saxlanılıb.

Xidmətdə olan polis əməkdaşları və DİN-in hərbi qulluqçuları avtobusa baxış keçirərkən təəccüblü faktla rastlaşıblar. Belə ki, avtobusun salonu boş olub. Lakin onun baqaj hissəsində gizlədilmiş yeddi nəfər aşkar edilib. 

İlkin araşdırmalarla məlum olub ki, avtobusun sahibi Z.Talıbov əvvəllər də müvafiq icazəsi olmayan şəxslərin qanunsuz yollarla karantin postlarından keçirməyə iki dəfə cəhd göstərdiyi üçün ifşa edilərək, barəsində birinci dəfə inzibati cərimə, ikinci dəfə isə inzibati həbs olunub.

Bunlardan nəticə çıxarmayan avtobus sahibi və onun sürücüsü artıq üçüncü dəfə də eyni inzibati xətanı törədiblər.