BolgeXeber.Com » Xəbərlər » İmişli polisi karantin qaydalarına riayət olunmasına ciddi nəzarət edir-FOTO

İmişli polisi karantin qaydalarına riayət olunmasına ciddi nəzarət edir-FOTO

9-01-2021, 12:26
Oxunub: 5 054 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
Bolgexeber.com xəbər verir ki, ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət İmişli rayonunda da ciddi şəkildə həyata keçirilir.

 İmişli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejim qaydalarına riayət olunması məqsədilə tədbirlərini davam etdirirlər. Sakinlərdən lüzumsuz yerə yaşadıqları evləri tərk etməmək tələb olunur, zərurət olduğu halda isə təyin olunmuş qaydada hərəkət etməyin zəruriliyi onların nəzərlərinə çatdırılır.
Keçirilən reydlər zamanı xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür, protokol tərtib edilir ,onlar cərimələnirlər.
Bundan əlavə, insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında polis əməkdaşları xidmət apararaq, sosial məsafənin gözlənilməsinə nəzarət edir, tibbi maskadan istifadə etməyən sakinlərə maska paylayırlar.
Həmçinin polis əməkdaşları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar verirlər.
İmişli Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən karantin dövründə yaşlı və imkansız insanlara yardımlar edir.
Polis əməkdaşalrı mütəmadi olaraq imkansız, aztəminatlı ailələrə baş çəkir, onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.
İmişli Rayon Polis Şöbəsinin rəisi ,polis polkovniki Füzuli Şixəliyev Bolgexeber.com-a açıqlamasında  qeyd etdi ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmçinin Vətən müharibəsi şəhidlərinin ailələrini tez-tez ziyarət edirlər ki, əməkdaşları bunu özləri üçün şərəfli borc hesab edirlər.
“Polis əməkdaşlarımız torpaqlarımızın azadlığı uğrunda döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə , qazilərə  mütəmadi olaraq baş çəkir, onların qayğıları ilə maraqlanırlar, onlara sovqatlar təqdim edilir.
Xüsusi karantin rejimi ilə əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.İmişlidə polis əməkdaşları tərəfindən rəhbərliyin bütün göstərişləri tam icra olunur və bu tədbirlər xüsusi karantin rejimi bitənədək davam edəcək. Polislərimiz  tərəfindən görülən bütün bu tədbirlər ilk növbədə vətəndaşların sağlamlıqlarının qorunmasına  xidmət edir.”, - Füzuli Şixəliyev bildirdi.