Azərbaycanda bir ailənin üç üzvü dəm qazından boğularaq öldü-Biri körpədir
11-01-2021, 18:46
Oxunub: 600
Yanvarın 11-i saat 15 radələrində 3 nəfər şəxsin Abşeron rayonu ərazisində kirayədə yaşadıqları evdə dəm qazından boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla müəyyən olunub ki, 1995-ci il təvəllüdlü Kamal Süleymanovun, 1997-ci il təvəllüdlü Günel Tağıyevanın və sonuncunun 2019-cu il təvəllüdlü azyaşlı övladının meyitləri Xırdalan şəhəri, Quşçuluq massivi, X.R.Ulutürk küçəsində yerləşən fərdi yaşayış evlərinin birində aşkar olunub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər