Cəlilabadın polis rəisi şəhidin övladının istəyini yerinə yetirdi
14-01-2021, 09:09
Oxunub: 584
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ailələrinə mütəmadi olaraq baş çəkirlər.
Bolgexeber.com bildirir ki, Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki Mübariz Quliyev şəhid hərbi qulluqçu Vüqar İbadovun ailəsini ziyarət edib, gətirilən sovqat təqdim olunub və ailənin qayğıları ilə maraqlanıb. Şəhidin azyaşlı oğlu Kənan onlayn şəkildə təşkil olunan dərslərdə iştirak edə bilmək üçün yaşadığı ünvana internet xəttinin çəkilməsini xahiş edib. Tezliklə onun istəyi yerinə yetirilib, həmin evə internet xətti çəkilib. Bundan əlavə polis rəisi şəhidin azyaşlı oğluna kompüter də hədiyyə edib. M.Quliyev azyaşlı Kənana dərslərində müvəffəqiyyətlər arzulayıb və mütəmadi olaraq onun dərsləri ilə maraqlanacağını bildirib.
Qeyd edək ki, Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş müddətdən artıq həqiqi hərbi xidmət edən şəhid Vüqar İbadov Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb və Cəbrayıl istiqamətində gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olub.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət