BolgeXeber.Com » Xəbərlər » Vətənə sədaqətlə xidmət edən general

Vətənə sədaqətlə xidmət edən general

14-01-2021, 10:07
Oxunub: 3 234 Bir müddət əvvəl Azərbaycana qarşı  kampaniya aparan bəzi dairələr tərəfindən  sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyevə qarşı qarayaxma kampaniyası aparılırdı. Həmin qara qüvvələr onun haqda həqiqətə uyun olmayan məlumatlar yayırdılar.Təbii ki, bütün bunlar şər-böhtandan başqa bir şey deyildir. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində tarixi Qələbə əldə etməsi göstərdi ki,Ordumuzun döyüş hazırlığı yüksək səviyyədədir və bu qələbədə general-mayor Ənvər Əfəndiyevin də rolu az deyil.
Ümumiyyətlə Azərbaycanda bəzi qüvvələrin iş görən, Vətənə qulluq edən insanları sifarişlə hədəf almaları hallarına tez-tez rast gəlinir. Niyə tənqid deyil, hədəf almaq deyirik? Çünki sağlam tənqid ilk andan sezilir və heç kim bunun əleyhinə ola bilməz, olmamlıdır. Bir də var qərəz, intiqam hissi ilə şər-böhtan atmaq. Bunu edənlərin isə mütləq cavabı verilməlidir.
Müxtəlif dairələrin göstərişlərini yerinə yetirənlər son zamanlar Azərbaycan Ordusunun ən peşəkar və parlaq zabitlərindən biri olan korpus komandiri, general-mayor Hikmət Həsənov barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Amma bunu edən dəstənin digərlərindən fərqi də var. Bu da onların vətən xainlərinin yaxınları olmasıdır.
Bəs general-mayor Hikmət Həsənov kimdir? 
1975-ci ildə Füzuli rayonunda anadan olan H.Həsənov Azərbaycanda Hərbi Akademiya ilə yanaşı, Çində də Quru Qoşunları Ali Hərbi Akademiyasında təhsil alıb, Türkiyədə, Almaniyada kurs keçib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi fəaliyyət göstərib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub.
1995-ci ildə Azərbaycan Ordusunun sıralarına qatılan H.Həsənovun hərbçi kimi həyatının böyük hissəsi ön xətdə keçib, düşmənlə üz-üzə olan postlarda, hərbi hissələrdə qulluq edib. 2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu götürdüyünə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün, hazırda da həmin post şəhid Dilqəmin adını daşıyır.
2014-cü ildən Silahlı Qüvvələrin ən təhlükəli, strateji postu olan "N" saylı birləşmənin komandiridir.
2015-2017-ci illərdə düşmənə Ağdam-Tərtər-Goranboy istiqamətində ciddi itkilər yaşadıb, 2016-cı il Aprel döyüşlərində istiqamət komandiri kimi cəbhənin 3 istiqamətində - Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib.
Aprel döyüşlərində onun rəhbərliyi ilə ordumuz 2 saat ərzində düşmənin 24 illik müdafiə xəttini yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi işğalçılardan təmizləyib.
Hazırda ona qara yaxan, şər-böhtan atanlar 2017-ci ilin may ayında Tərtərdə ifşa olunan və Vətənə xəyanətə görə həbs edilən hərbçilərin ətrafında olan şəxslərdir.
Qeyd edək ki, Azərbaycan Ordusunda 2017-ci ildə üstə açılmış vətənə xəyanət işi üzrə 2017-2018-ci illərdə hüquq mühafizə orqanları tərəfindən ümumilikdə 43 nəfər tutulub. Tutulanlardan 18 nəfəri birinci, qalanları digər ordu korpuslarında olub. Məhkəmə ekspertizası və şahid ifadələri ilə 66 nəfər zərərçəkən şəxs tanınıb.
Bütün bunlar onu gösrərir ki, general-mayor Ənvər Əfəndiyev dövlətə, vətənə sədaqətlə xidmət edir və ona qarşı  səslənən həmin iddialar  ona, dövlətimizə  qarşı yönələn qarayaxma kampaniyasından başqa bir şey deyildir.