Zərdab Rayon İcra Hakimiyyətindən ittihamlarla bağlı açıqlama
14-01-2021, 14:29
Oxunub: 1 625
Zərdab rayonunun Birinci Alıcanlı kənd sakini Əsədov Laçın Alxan oğlunun Rayon İcra Hakimiyyəti tərəfindən ona köməklik göstərilməməsi və onunla maraqlanılmaması ilə bağlı sosial şəbəkələrdə səsləndirdiyi fikirlərinə cavab:
Zərdab rayonunun Birinci Alıcanlı kənd sakini Əsədov Laçın Alxan oğlunun Rayon İcra Hakimiyyəti tərəfindən ona köməklik göstərilməməsi və onunla maraqlanılmaması ilə bağlı fikirlərinə cavab olaraq bildiririk ki, vətəndaşın ailə vəziyyətinin ağır olması ilə əlaqədar ona 2020-ci ilin mart ayında Rayon İcra Hakimiyyəti tərəfindən 200 manat məbləğində maddi yardım edilmişdir.
Daha sonra o, 14.08.2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş və dinlənilmiş, övladlarının əlil olmasını nəzərə alaraq Birinci Alıcanlı bələdiyyəsi ərazisindən ona əkinə yararlı 2,0 hektar torpaq sahəsi ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. 15.08.2020-ci il tarixdə Birinci Alıcanlı bələdiyyəsi ərazisindən əkinə yararlı 2,0 hektar torpaq sahəsi ayrılaraq Laçın Əsədova tanıdılması təmin edilmişdir. Torpaq sahəsinin ayrılması ilə bağlı Laçın Əsədov 17.08.2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısına minnətdarlıq məktubu ünvanlamışdır.
Həyat yoldaşının müraciətinə əsasən Laçın Əsədov 21 sentyabr 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təkrar qəbul edilmiş və o, işlə təmin olunmasını xahiş etmişdir. Məsələ ilə bağlı şəxsən Rayon İcra Hakimiyyəti başçısının Bərdə Regional Meşəsalma Müəssisəsinin rəhbərliyinə müraciəti nəticəsində Laçın Əsədova adı çəkilən müəssisədə işlə təmin edilmişdir. Həmçinin qəbulda olarkən Laçın Əsədov yuxarı orqanlara etdiyi müraciətlərin əsassız hesab edilməsi və başqa heç bir şikayətinin olmaması barədə Rayon İcra Hakimiyyətinin başçısının adına izahat təqdim etmişdir.
Əlavə olaraq bildiririk ki, ailə üzvlərinin əlil olması nəzərə alınaraq 29 oktyabr 2020-ci il tarixdə Laçın Əsədova Rayon İcra Hakimiyyəti tərəfindən “Kapital bank” ASC-nin Zərdab rayon filialı vasitəsilə 500 manat maddi yardım edilmiş və o, yardımın edilməsinə görə Rayon İcra Hakimiyyətinə 29.10.2020-ci il tarixli minnətdarlıq məktubu ünvanlamışdır.
Zərdab Rayon İcra Hakimiyyəti
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər