Karantin cərimələri üçün ödənən pul hara xərclənir? - DİN-dən açıqlama
15-01-2021, 18:25
Oxunub: 848
Daxili İşlər Nazirliyi son günlər polis əməkdaşları karantin rejimini bəhanə edərək insanları kütləvi şəkildə cərimələməsi və heç kimə güzəşt etməməsi barədə sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib. O deyib ki, belə iddiaların heç bir əsası yoxdur, kimlərinsə uydurmasıdır: “Vətəndaşlarımız da yaxşı bilirlər ki, koronavirus pandemiyası ilə əlaqədar bir ildir ki, polis əməkdaşları və Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət göstərərək virusun yayılmasının qarşısını almaq, vətəndaşları bu yoluxucu xəstəliklərdən qorumaq məqsədilə gecə-gündüz nəzarət tədbirləri həyata keçirirlər. Əminliklə deyə bilərəm ki, vətəndaşların böyük əksəriyyəti karantin rejimindən irəli gələn tələb və qaydalara riayət edir. Bununla belə riayət etmək istəməyənlər də olur ki, onlar barəsində qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülür.
Burada məqsəd kimisə cərimələmək yox, yalnız və yalnız insanların sağlamlığını qorumaqdır. Kimsə karantin rejimi qaydasını pozursa, bu zaman təqsirkar polis deyil, məhz həmin şəxsin özüdür. Təsəvvür edin ki, polisin postlarda, küçədə nəzarət qaydasında yoxladığı insanların təxminən 93 faizi icazəli olur. Müvafiq icazəsi olmadan aşkarlanan 7 faizinin də cəmi 10-20 faizi barədə protokol tərtib edilir. Qalan 80-90 faizinə isə xəbərdarlıq edilərək yaşayış yerinə yola salınır.
Buradan da görünür ki, polisin niyyəti heç də ucdantutma, kütləvi protokol yazmaq deyil, insanların sağlamlıqlarını, təhlükəsizliklərini qorumaq və mühafizə etməkdir.
Onu da bir daha diqqətə çatdırım ki, bu sahədə tətbiq edilən cərimələrdən yığılan vəsait tam olaraq virusa yoluxan vətəndaşların müalicəsinə xərclənir”.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-03-2021, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 4-03-2021, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər
- 4-03-2021, 18:16 : "Ali Baş Komandamız sayəsində inanırıq ki, tarixi qayıdışımız əbədi olacaq"
Siyasət
- 18-02-2021, 11:07 : Cavid Qurbanov ölkədən daha çox pul çıxarıb... - İTTİHAM
Xəbərlər
- 4-03-2021, 18:26 : Bakının məşhur hotelində 50 nəfərlik mərasim keçirilib, DİN açıqlama verdi - VİDEO
Xəbərlər
- 19-02-2021, 09:29 : İmişli kolxoz bazarında dəhşətli antisanitariya-Yerli camaat kömək istəyir(VİDEO)
Gündəm