“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?
16-01-2021, 16:26
Oxunub: 928
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin həbsi hazırda ən çox müzakirə olunan mövzulardan biridir. Baş Prokurorluğun yaydığı məlumat bu müzakirələri daha da aktuallaşdırıb.
Baş Prokurorluq Vüqar Səfərli ilə əlbir olan şəxslərin müəyyənləşdirilərək, istintaqa təhvil veriləcəyini bildirib. Bu, yeni həbslərin anonsu ola bilərmi?
Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Vüqar Səfərlinin işinin araşdırılması nəticəsində onunla əlbir olanlardan kimin hansı formada iştirak etdiyi, rolunun nədən ibarət olduğu bilinəcək:
"Düşünürəm ki, biz istintaqın əmələ qiymət verməsini gözləməliyik. Çünki biz kimisə ittiham edə bilmərik. Əgər kimisə günahlandırsaq, bu, istintaqın obyektiv iş aparmasına mane ola bilər.
Baş Prokurorluq tərəfindən verilən açıqlamada deyilir ki, digər şəxslərlə bağlı araşdırmalar aparılacaq. Yəqin ki, digər şəxslərin də bu istiqamətdə ilkin əməllərinin olmasına şübhələr var. Və həmin şəxslərin dairəsi müəyyənləşdirilib, məsuliyyətə cəlb olunması baş verə bilər. Amma konkret kimlərin məsuliyyətə cəlb olacağını bilmərik. Bunu istintaq orqanı müəyyənləşdirəcək”.
Ə.Nuriyev qeyd edib ki, korrupsiya sövdələşməsi olursa, təbii ki, burada tək bir nəfərin iştirakı istisnadır.
Baş Prokurorluğun məlumatına görə, toplanmış ilkin sübutlar əsasında Vüqar Müzəffər oğlu Səfərli Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- Dünən, 18:28 : "İşğaldan azad olunmuş ərazilərimizə yeni nəfəs, yeni həyat qayıdır"
Xəbərlər
- Dünən, 15:35 : Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm
- 27-02-2021, 12:57 : Davud Atakişiyevin 41 yaşı tamam olur-TƏBRİKLƏR
Xəbərlər