BolgeXeber.Com » Xəbərlər » Musa Qasımlı :“Pandemiya müddətində həkimlərlə yanaşı polisimiz də özünü bir daha ən yaxşı şəkildə təqdim etdi”
Musa Qasımlı :“Pandemiya müddətində həkimlərlə yanaşı polisimiz də özünü bir daha ən yaxşı şəkildə təqdim etdi”
16-01-2021, 22:24
Oxunub: 3 929
Bütün dünyanı çənginə alan koronavirus infeksiyası Azərbaycanda yayılan gündən Azərbaycan polisi həkimlərimizlə bərabər gecə-gündüz gücləndilimiş rejimdə xidmət edir. Son zamanlar Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı xeyli azalıb.
Koronavirusla mübarizədə uğurlu nəticələr əldə etməyimizdə polisin rolu haqda münasibət öyrənmək üçün Bolgexeber.com olaraq millət vəkili Musa Qasımlıya müraciət etdik.
Musa Qasımlı Bolgexeber.com-a açıqlamasında bildirdi ki, koronavirus pandemiyasının yaratdığı şərait hər bir ölkə və xalq üçün ağır sınaq oldu: “İlk gündən cənab Prezidentimiz İlham Əliyev bildirdi ki, ən vacib olan məsələ Azərbaycan Respublikası vətəndaşının sağlamlığının qorunmasıdır.
Ona görə də dövlət pandemiyanın doğurduğu yükü, bütün maliyyə işlərini öz üzərinə götürdü. Pandemiya müddətində həkimlərlə yanaşı polisimiz də özünü bir daha ən yaxşı şəkildə təqdim etdi. Polisin gecə-gündüz yağışın, qarın və qızmar istinin altında fədakar fəaliyyəti pandemiyanın nəticələrinin daha ağır olmasının qarşısının alınmasına təsir edən amillərdən biri oldu. Bütün gərginliklərə baxmayaraq, həm vəzifə borcunu ciddiyyətlə layiqincə yerinə yetirməsi, həm də vətəndaşlarla nəzakətlə davranması ilə polisimiz ona olan rəğbəti və etimadı daha da artırdı”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər