BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda koronavirusa 322 yeni yoluxma qeydə alınıb, 11 nəfər vəfat edib

Azərbaycanda koronavirusa 322 yeni yoluxma qeydə alınıb, 11 nəfər vəfat edib

17-01-2021, 18:57
Oxunub: 1 290 Azərbaycan Respublikasında koronavirus infeksiyasına 322 yeni yoluxma faktı qeydə alınıb, 845 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 227 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 263 nəfər müalicə olunaraq sağalıb, 3 009 nəfər vəfat edib, aktiv xəstə sayı 8 996 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 318 min 193 test aparılıb. Bugünkü test sayı isə 6 776-dır