BolgeXeber.Com » Xəbərlər » Goranboy rayonunda kəndliləri susuz qoyanlar kimlərdir?

Goranboy rayonunda kəndliləri susuz qoyanlar kimlərdir?

21-01-2021, 09:26
Oxunub: 1 890 Dovlət başçisi daima bolgələrdə kəndlilərin öz torpaq sahələrini əkib becərmək ücün butun mümkün şəraitin yaradilmasini göstəriş versədə versə də, bəzi məmurlar bu göstərişləri görməzdən gəlir və fəriqinə varmirmirlar ki, əslində dövlət başçisinin göstərişlərini heçə sayirlar ?! Belə məmurlardan biri də Goranboy rayon Subartezian Quyularının İstismarı İdararəsinin rəhbəri İsmayıl Əvəzov və sudan istifadə birliyinin rəhbərləridir. Demək olar ki, Goranboy rayonunda adı çəkilən məmurlar kəndlilərə duşmən munasibəti bəsləyirlər. Kənd sakinləri ilə sohbətimiz zamanı bildirdilər ki, oktyabr ayında əkdikləri məhsulu yanvar, fevral ayında sulayanda sevinirlər. Burdan belə bir sual yaranır, bəs Goranboy rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəhbərləri və sudan istifadə birliyinin rəhbərləri suyu hara axıdır? Kənd sakinlərinin dediklərindən belə başa düşdük ki, su heç hara axıdılmır, sadəcə kimin imkanı varsa onun əkin sahəsinə axıdılır. Təbii ki, müəyyən pul muqabilində. Hər halda bu yazımızdan sonra yuxarida yuxarıda adlarını qeyd etdiyimiz idarə rəhbərləri bir nəticə çıxaracaqlar, əks halda cənab Prezidentin dediyi kimi təmizləmə prosesi onlardan da yan keçməyəcək. Biz burdan Goranbay rayon icra  hakimiyətinin başçısına səslənirik. Hörmətli Məhərrəm müəllim! Rəhbəri olduğunuz rayonun məmurlarının hansı oyundan çıxdıqlarından xəbəriniz yoxdursa biz dedik yəqin ki, bundan sonra xəbəriniz olar. Ölkə rəhbəri təmizləmə işinə başlamamış ümid edək ki, rayon rəhbəri olaraq siz özünüz təmizlik işinə başlayar, cənab Prezidentin tövsiyyələrini qulaq ardı edən İsmayıl Əvəzov və onunla iş birliyində olanların haqqında ölçü götürərsiniz. Hörmətli Məhərrəm müəllim ! Unutmayın ki, hörmətli Prezidentimizin dedyi kimi, bu hallar nəzarətsizlikdən baş verir. Bildirmək istəyirəm ki, Goranboy rayonunda Subartezian quyusundan verilən suyun sutkasi 15 manat ,  Qarabağ kanalından hektara verilən suyun qiyməti isə 20, 25, 30 manat arası dəyişir. Əlbəttə ki, bu şişirdilmiş rəqəmlərdən qazanılan pullar dövlətin budcəsinə deyil , yuxarıda adı keçən idarə rəhbərlərinin ciblərinə axır. Doğrudanmı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin rəhbəri olduğu qurumun bu işlərdən xəbəri yoxdur, yoxsa hörmətli sədr də İsmayıl Əvəzov və onun əlaltıları kimi, möhtərəm Prezidentin son çıxışını izləməyib? İzləməyibsə, belə olan halda ölkə rəhbərinin son çıxışını Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin, onun rəhbərliyi altında fəaliyyət göstərən Goranboy rayon Subartezian Quyularının İstismarı İdarəsinin  rəhbəri İsmayıl Əvəzovun və sudan istifadə birliyinin rəhbərlərinin bir daha xatırlamaları  üçün yerləşdiririk ki, yenidən izləyib bir nəticə çıxartsınlar.
Elçin Tağıyev
İctimai-fəal,Prezidentə dəstək
Tarixin səhifələri qəzetinin redaktor muavini
Oxuinfo.az saytinin təsisçisi və baş redaktoru