BolgeXeber.Com » Xəbərlər » Saatlı polisi karantin qaydalarına riayət olunmasına ciddi nəzarət edir-FOTO

Saatlı polisi karantin qaydalarına riayət olunmasına ciddi nəzarət edir-FOTO

21-01-2021, 12:48
Oxunub: 1 714 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
Bolgexeber.com xəbər verir ki, ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət Saatlı rayonunda da ciddi şəkildə həyata keçirilir.

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejim qaydalarına riayət olunması məqsədilə tədbirlərini davam etdirirlər. Sakinlərdən lüzumsuz yerə yaşadıqları evləri tərk etməmək tələb olunur, zərurət olduğu halda isə təyin olunmuş qaydada hərəkət etməyin zəruriliyi onların nəzərlərinə çatdırılır.
Keçirilən reydlər zamanı xəbərdarlıqlara baxmayaraq qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülür, protokol tərtib edilir ,onlar cərimələnirlər.
Bundan əlavə, insanların sıx toplaşdığı bank, poçt məntəqələrinin və digər idarələrin qarşısında polis əməkdaşları xidmət apararaq, sosial məsafənin gözlənilməsinə nəzarət edir, tibbi maskadan istifadə etməyən sakinlərə maska paylayırlar.
Həmçinin polis əməkdaşları sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər apararaq, onlara marşrut avtobuslarında və taksilərdə tibbi maskadan istifadə edilməsinin vacibliyi barədə məlumatlar verirlər.Bolgexeber.com bildirir ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yağışlı , soyuqlu havada da ölkədə elan edilən karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir, gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Şöbə əməkdaşları mütəmadi olaraq rayon ərazisində açıq havada, küçə və prospektlərdə, eləcə də ticarət mərkəzlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərlə bağlı reydlər keçirir, onlara COVID-19 infeksiyasının fəsadları və tibbi maskadan istifadənin zəruriliyi bərədə məlumat verir, özlərinin və yaxınlarının sağlamlıqları üçün mövcud qaydalara mütləq qaydada riayət etmələrinin vacibliyini çatdırırlar.
Lakin pandemiyanın ölkə ərazisində yayılmasının ilk günlərindən başlayaraq rayon ərazisində keçirilən reydlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər də aşkarlanıb və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
 Saatlı RPŞ-dən bildirildi ki, şöbə əməkdaşları tərəfindən rayon ərazisində mövcud karantin qaydalarını pozanlarr barəsində qanunamüvafiq tədbirlər görülüb, qanun pozuntularının qarşısı alınır. COVID-19 infeksiyasının yayımasına qarşı polis əməkdaşları tərəfindən görülən tədbirlər bundan sonra da davam etdiriləcək”