BolgeXeber.Com » Xəbərlər » Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılıb? - Rəsmi açıqlama (VİDEO)

Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılıb? - Rəsmi açıqlama (VİDEO)

22-01-2021, 15:34
Oxunub: 1 515
Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankı (AMB)  tərəfindən dövriyyəyə 500 manatlıq əskinasların buraxıldığına dair məlumatlar yayılıb. İstifadəçilər hətta əskinasın fotosunu da ictimailəşdiriblər.
Məsələ ilə bağlı AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev faktı təsdiqləməyib:
"AMB tərəfindən dövriyyəyə 500 manatlıq əskinaslar buraxılmayıb və buraxılması da gündəmdə  deyil”.
N.Əliyevin sözlərinə görə, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.