DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
24-01-2021, 15:52
Oxunub: 2 076
Sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən Müharibəsində dövlət bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər əsassız məlumatlar yayılıb.
Yayılan məlumatlarla bağlı DİN-in mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iddialar əsassız olmaqla, faktsızdır, həqiqəti əks etdirmir.
Vətən Müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var.
Şəmkir rayonunda karantin rejim qaydaları ilə bağlı, sanitar-epidemioloji normaların pozulması ilə bağlı tərtib olunan protokollara da toxunan E.Hacıyev əlavə edib ki, sosial şəbəkələrə informasiyanı ötürən şəxsin kimliyi məlumdur, o, öz qanunsuz əməllərini davam etdirmək üçün əsası olmayan məlumatlar yaymaqda maraqlıdır: "Diqqətə çatdırırıq ki, iddiaların hər biri müvafiq olaraq, yoxlanılıb, Hər hansı vətəndaşa qarşı qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilməyib".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər