BolgeXeber.Com » Xəbərlər » Xırdalanda xilasetmə əməliyyatına xüsusi təlim keçmiş itlər də cəlb olundu - VİDEO

Xırdalanda xilasetmə əməliyyatına xüsusi təlim keçmiş itlər də cəlb olundu - VİDEO

26-01-2021, 12:21
Oxunub: 1 538 Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı hələ də davam etdirilir.
Əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.
Qeyd edəki ki, hazırda dağıntılar altında qaldığı ehtimal olunan uşağın xilas edilməsi üçün axtarış-xilasetmə əməliyyatı aparılır. Dağıntılar altında qaldığı ehtimal olunan uşaq 2012-ci il təvəllüdlü Fatimə Musayevadır. Onun atası Vüsal Musayev yaralı vəziyyətdə çıxarılaraq xəstəxanaya yerləşdirilib, anası 1988-ci il təvəllüdlü Aytən Musayevanın isə meyiti çıxarılıb.
İndiyədək dağıntılar altından ümumilikdə 6 nəfər vətəndaş xilas olunub.