BolgeXeber.Com » Xəbərlər » Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək - RƏSMİ

Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək - RƏSMİ

27-01-2021, 12:02
Oxunub: 1 778 Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Nigeriya sahillərində piratlar tərəfindən öldürülən Fərman İsmayılovun nəşinin Azərbaycana gətirilməsi prosesindən danışıb.
 
O bildirib ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa müraciət edib:
 
“Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq meyitə məhkəmə-tibb eksperti tərəfindən baxış keçiriləcək. Ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək”.