Qubada oğurluq edən şəxslər saxlanılıb
27-01-2021, 12:31
Oxunub: 2 232
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Bolgexeber.com-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən və fəaliyyəti müvəqqəti olaraq dayandırılan restoranların birindən müxtəlif vaxtlarda bir ədəd elektrik generatoru, bir ədəd mühərrikli ot biçən, bir ədəd su nasosu və restorana məxsus digər əşyaların oğurlanması barədə müraciət daxil olub.
Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakinləri Sərdar Məmmədov, Tehran Cavadov və Ağamusa İsakov saxlanılıblar.
Saxlanılan şəxslər törətdikləri oğurluq əməlləri etiraf edərək, oğurluq yolu ilə əldə etdikləri qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Əşyaların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər